Gürcü dilinin elektron tədris kursu  dərslər silsiləsidir (140 mövzu/ dərs ). Kurs istənilən kompüter istifadəçisinə imkan verir ki:

A1, A2, B1, B2 mərhələlərlə (Avropa standartlarına cavab verir), əsaslı şəkildə gürcü dilini öyrənsin ( qrammatika, leksika, frazeologiya); nitqini səlisləşdirsin;

yazı mədəniyyətini təkmilləşdirsin.

 

Proqramın baş səhifəsində kursun məlumat kitabçası verilir. O, öz tərəfindən növbəti bloklara ayrlan dərslərin/mövzuların siyahısından ibarətdir:

 

· dinləmə / danışıq

· oxu / yazı

· qrammatika

· leksika

· lüğət

 

Dinləmə/danışıq bloku audio- və ya videofayllardan və onlara əsaslanan müxtəlif növ tapşırıqlardan ibarətdir. Dinlənilən mətn, bir qayda olaraq, kommunikativdir (əsasən - dialoqlar). Audio- və ya videomətnin dinlənilməsindən sonra dili öyrənən verilən tapşırıqları yerinə yetirir (həm interaktiv, eləcə də fərdi tapşırıqları). Onlar dinləmə və danışıq vərdiş və bacarıqlarının inkişafına yönəlmişdir.

 

Oxu/yazı bloku oxunulası materiallardan və onlara əsaslanan müxtəlif növ tapşırıqlardan ibarətdir; bu çalışmalar oxu və yazı bacarıqlarının inkişafına yönəlir. İlkin mərhələdə (birinci 6 dərs) gürcü hərflərinin yazılışına və tələffüzünə xüsusi vurğu verilir. Sözlərdə səs birləşmələri və xüsusi hərf birləşmələrindən yaranan sözlər üzərində iş aparılır və bacarıqların üzərində işə və inkişafına diqqət verilir.

Qrammatika bloku praktiki qrammatik məsələləri əhatə edir və dili öyrənənə bu və ya digər qrammatik anlayış və ya kateqoriyanın izahatı ilə tanış olmaq imkanını verir; dərs kursunun bu hissəsi məcburi xarakter daşımır və yalnız sistematik olaraq dili öyrənməyə yönəlmiş istifadəçi üçün nəzərdə tutulmuşdur. Nəzəri materialı praktiki çalışmalar müşayiət edirlər, onlar kursun müəllifləri tərəfindən hazırlanmış materiala əsaslanır və elektron kursda təqdim edilirlər.

Leksika bloku proqram istifadəçisi tərəfindən söz ehtiyatını öyrənməyin asanlaşdırılmasına yönəlmişdir. Bu baxımdan dil öyrənənlər üçün xüsusilə tərtib edilmiş krosvord çox maraqlıdır. Elektron kurs başqa tipdə müxtəlif tapşırıqlardan da ibarətdir.

Hər bir dərsi konkret olaraq bu dərsdə istifadə edilən yeni sözlərin və ifadələrin lüğəti müşaiət edir. Layihədə dilin təliminin hər səviyyəsinə uyğun olan tam lüğət növbəti ardıcıllıqla gəlir: Ümumilikdə, layihəyə cəmi beş tərcümə olunan lüğət əlavə olunur.

Elektron kursda tapşırıqların 3 növü ayrılır:

1. interaktiv tapşırıqlar. İstifadəçi onları proqramın köməkliyi ilə yerinə yetirir (sualların və cavabların bir-birinə birləşdirilməsi, buraxılmış sözlərin və ya ifadələrin uyğun yerə qoyulması, cədvəl və krosvordların yerinə yetirilməsi və s.);

2. yazılı (çap ediləsi) tapşırıqlar, onların yerinə yetirilməsi üzərində dili öyrənən müstəqil şəkildə işləməlidir;

3. məqsədi mətnin qavranılmasını yoxlanılmasına xidmət edən suallar; dili öyrənən bu növdə tapşırıqları yerinə yetirdikdə maksimum şəkildə müstəqildir.

 

Kursun birinci mərhələsində (A1 səviyyəsi) bütün təlimatlar, eləcə də qrammatik suallar – həm gürcü dilində, həmçinin Azərbaycan və erməni dillərində təqdim edilir. A1 səviyyəni nailiyyətlə keçdikdən sonra nəzərdə tutulur ki, dili öyrənənin təməli biliyi var ki, A2 və B1 səviyyəsinin müvafiq mətnlərinin məzmununu başa düşsün və lüğətdən istifadə edərək tapşırıqları yerinə yetirsin.

 

Dilin öyrənilməsinin hər üç səviyyəsini müvafiq mətn müşaiət edir, onun vasitəsilə də dili öyrənən avtomatik olaraq aldığı bilik səviyyəsini yoxlayır.

„ Gürcü dilinin elektron kursu” internetdə növbəti ünvanda yerləşdiriləcək: www.ice.ge/elearning-geo və istəyi olan hər kəs üçün pulsuz olacaqdır.

 

Layihə 2011-ci ilin avqustun 06-da “Açıq Cəmiyyət - Gürcüstan” Beynəlxalq Fondu tərəfindən (Layihənin kodu: GS/32/11-17759) maliyyələşdirilmiş və onun həyata keçirilmə müddəti 12 ay təyin edilmişdir. Gürcü dilinin birinci elektron təlim mərhələsində A1, A2, B1 səviyyələrinə bölünür. Növbəti mərhələ 2013-cü ilin noyabr ayında “Gürcüstan-açıq cəmiyyət” fondu tərəfindən layihənin maliyyələşməsi davam etdirildi və B2 səviyyəsi üzrə 40 mövzu/dərs özündə cəmləşdirdi. Bu layihə gürcü dilinin ikinci dil kimi tədris edən müəllimlər üçün treninqlərin keçirilməsi və yeni üsulla praktik təcrübənin keçirilməsini nəzərdə tutur. 

Gürcü dilinin elektron kursunun  yaradılmasında işləyirdilər:

Mariam Mancqaladze – layihənin direktoru

Kaxa Qabuniya – konsultant

Lia Bakuradze – gürcü dilinin eksperti

Ketevan Qoçitaşvili - gürcü dilinin eksperti

Çabuqi Kiria - gürcü dili eksperti

Teymuraz Xundadze – proqramist, rəssam-dizayner

İlya Çrelaşvili - rəssam-illüstrator

Qızxanım Əhmədova – azərbaycan dilinin eksperti

Elvira Aslanovi - azərbaycan dilinin eksperti

Zoya Mxitaryan – erməni dili eksperti

Malxaz Şurğulaiya - metodist

Ekaterine Navrozaşvili - metodist

Diana Kakaşvili - köməkçi

 

Layinənin müəllifləri: Mariam Mancqaladze və Ketevan Qoçitaşvili

 

Layihəni dəstəklədiyinə görə “Açıq Cəmiyyət - Gürcüstan” Fonduna xüsusi təşəkkürümüzü bildiririk!

 

İşlə əlaqədar hər hansı bir qeydi qəbul etməyə və gələcək işimizdə nəzərə almağa hər zaman hazırıq ( elearning_geo@ice.ge ).